Kondor Legionu

Kondor Legionu
Legion Condor
Kondor Legionunun ştandartı
Kondor Legionunun ştandartı
Növü Hərbi-hava birləşməsi
Yaranma tarixi İyul 1936Mart 1939
Ölkə Almaniya (III Reyx) III Reyx
Tabedir Vermaxt
Daxildir Lüftvaffe
Sayı rotasiya qaydasında 20 000 nəfər
Qərargah İspaniya
Təchizatı Təyyarələr:
bombardmançı:
Junkers Ju 52, Heinkel He 111, Junkers Ju 87 "Stuka"
qırıcı:
Heinkel He 51, Messerschmitt Bf 109
kəşfiyyatçı:
Heinkel He 99, Heinkel He 70
Müharibələr İspaniya vətəndaş müharibəsi
Döyüşlər
Komandanlıq
Məşhur komandirləri Hüqo Şperrle
Vilhelm Ritter fon Toma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi.

Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər.


Developed by StudentB